Bakıda evdən 80 yaşlı qadının meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Çukayeva Liliya Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.