<b>Bakıda 76 yaşlı qadını döyüb...</b>
27 fevral 2019 17:26 (UTC +04:00)

Bakıda 76 yaşlı qadını döyüb...

76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağısını ələ keçirməkdə təqsirləndirilən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin  sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il sentyabrın 20-də Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağısını götürüblər.

 

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyevə qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500
avatar

Səlcuq Elçin

Oxşar yazılar