![[b]Bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlandı[/b]](https://lent.az/storage/news/2019/april/26/big/7718397777df387024a0028c4c60bf08.jpg)
[b]Bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlandı[/b]
Ağcabədidə bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb.
ONA-nın məlumatına görə, Ağcabədi rayonu, Kəbirli kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədovanın yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcısının tüstü borusunda quşlar yuva qurub, bunun nəticəsində dəm qazı içəri sızıb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.
Oxşar yazılar

İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45