<b>AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı</b>
20 iyun 2017 00:35 (UTC +04:00)

AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

0

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları"na  (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdib.

 

AZAL-ın Mətbuat xidmətindən “APA-ya verilən məlumata görə, havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

 

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar