Azərbaycanda axtarışda olan qadın tutulub.
APA-nın məlumatına görə, Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.
Qeyd edək ki, Xalidə Şirəlizadə 2010-cu ildə 70 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd olub.
 
                ![[b]Axtarışda olan keçmiş deputatlığa namizəd saxlanıldı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png) 
                             
     
                                    