[b]ABŞ-da polis 13 yaşlı uşağı güllələyib[/b]
15 sentyabr 2016 18:05 (UTC +04:00)

[b]ABŞ-da polis 13 yaşlı uşağı güllələyib[/b]

0

 

ABŞ-ın Ohayo ştatında polis 13 yaşlı oğlanı güllələyib.

 

Yeniyetmə Tayri Kinq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Polislər yoldan keçənlərə silahlı hücum edən 3 gənclə bağlı gələn zəngdən sonra hadisə yerinə gediblər. Zərərçəkənin sözlərinə görə, gənclərdən ibarət qrup ondan pul tələb edib, onlardan biri isə tapança ilə hədə -qorxu gəlib.

 

Polis hadisə şahidlərinin bəhs etdikləri 3 şübhəlini tapsa da, onlardan 2-si qaçıb. Digəri isə belindən tapançanı çıxarmaq istəyəndə polis tərəfindən güllələnib. Lakin yaralı Kinqin silahının oyuncaq olduğu məlum olub. (“Qafqazinfo”)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar