<b>"Jurnalistlərin binasından ev almaq üçün 42 min manat verdim" - <span style="color:red;">MƏHKƏMƏ </b>
13 fevral 2018 12:19 (UTC +04:00)

"Jurnalistlərin binasından ev almaq üçün 42 min manat verdim" - MƏHKƏMƏ

"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə  davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sveta Qarayeva dindirilib.

 

O bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: "Yoldaşım rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat pul alıb. O, ərimə ev alacağı vədi vermişdi. Həyat yoldaşım taksi ilə məşğul olurdu".

 

Zərərçəkmişin hüquqi varisi bildirib ki, G.Hüseynov mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib: "O, pulu yoldaşımdan aldı ki, jurnalistlərə tikilən mənzildən ev alacaq. Jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Sonra ona zəng çatmadı. Ərim pulları Gündüzə notarius qaydada verib".

 

Daha sonra digər şahid Xalidə İsmayılova ifadə verib. O, "Zaman Press" qəzetində çalışdığını, qəzetin rəhbəri G.Hüseyova 41500 manat pul verdiyini bildirib: "Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən evdən mənzil alacağı vədi verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi".

                                     

X.İsmayılova dindirilən zaman müğənni də olduğunu söyləyib.

 

 

Daha sonra G.Hüseynov qadının pullarını Xəyyam İsmayılovun "yediyini" deyib: "KİV-in Həmkarlar İttifaqının sədri Çingiz Qurbanov "İlin adamı" və "İlin jurnalisti" seçib. Xalidə xanım başsız qadındır, onun iki körpəsi var. Onun ifadəsinə yalnız Xəyyam məhkəmədə dindiriləndən sonra cavab verəcəm. Xalidə mənə pul verməyib".

 

Məhkəmənin  fevralın 20-nə təyin edilib.

 

Qeyd edək ki, G.Hüseynov öz işçilərinin 264 min manatdan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O bütün zərərçəkənlərə jurnalistlərə tikilən binada ev verdirəcəyini bildirib.

 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2-ci (iştirakçılığın növləri, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165
avatar

Səlcuq Elçin

Oxşar yazılar