[b]"Diqlas"dakı yanğınla bağlı cinayət işi başlandı[/b]
"Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, faktla bağlı nazirliyin əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozama – ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, martın 26-da paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın olub. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı ümumilikdə 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 8 nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, 2 nəfər mühafizə xidmətinin əməkdaşı, 1 nəfər isə sıravi işçi olub.
516