[b]“QAZ 31” beş yaşlı uşağın həyatına son qoydu[/b]
25 avqust 2016 21:19 (UTC +04:00)

[b]“QAZ 31” beş yaşlı uşağın həyatına son qoydu[/b]

0

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Şəhər sakini 1989-cu il təvəllüdlü Sahib Namazov idarə etdiyi “QAZ 31” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2011-ci il təvəllüdlü Bünyamin Elnur oğlu Rəsulovu vurub. Ağır bədən xəsarətləri alan 5 yaşlı uşaq xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar