<b>76 yaşlı qadın özünü bıçaqladı</b>
25 aprel 2017 20:45 (UTC +04:00)

76 yaşlı qadın özünü bıçaqladı

0

Şəmkir sakini özünə bıçaqla xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini 1941-ci il təvəllüdlü İsmayılova Nadya Qəşəm qızı hər iki qolunun, sol ayağının kəsilmiş yarası xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, 76 yaşlı qadın bir müddət əvvəl yıxılaraq yuxarı bud sümüyünü sınığı xəsarəti alıb. Ev şəraitində müalicə olunan qadın ağrılara dözməyərək bu gün bıçaqla özünə xəsarətlər yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar