3 orqanını xəstələrə bağışladı, özü isə...
İranda Qərbi Azərbaycanın Bukan şəhərində beyin ölümünə düçar olmuş 46 yaşlı bir qadının bədən üzvləri orqana ehtiyacı olan 3 xəstəyə köçürülüb.
Lent.az xəbər verir ki, beyin qanaxmasından Urmiyənin Xomeyni xəstəxanasına yerləşdirilən qadının bədən üzvləri beyin ölümünə düçar olduğu həkimlər tərəfindən təsdiqləndikdən və ailəsi icazə verdikdən sonra xəstələrə bağışlanıb.
Məlumata görə, mərhumənin 2 böyrəyi Urmiyə şəhərində iki xəstəyə köçürülüb, qara ciyəri isə Şiraz xəstəxanasına göndərilib.
2019-cu ilin əvvəlində də Bukan şəhərində bədən üzvlərinin bağışlanması faktı qeydə alınıb. Bu, 27 yaşında vəfat edən Əyyub Mürüvvətin vəsiyyəti və ailəsinin icazəsi əsasında gərçəkləşib.
Qeyd edək ki, Güney Azərbaycan Əyalətlərində orqan bağışlama faktlarında tez-tez rast gəlinir.
(gunaz.tv)
673