<b>25 yaşlı Qax sakini özünü asdı</b>
16 avqust 2016 21:49 (UTC +04:00)

25 yaşlı Qax sakini özünü asdı

0

Qaxda  25 yaşlı gənc intihar edib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19 radələrində rayonun Amanlı kənd sakini, 1991-ci il təvəllüdlü Şahin Yusif oğlu Məmmədlinin meyiti kirayə yaşadığı Qax şəhəri, Molla Pənah Vaqif küçəsi, ev 23 ünvanında  nar ağacından asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

 

İlkin araşdırma zamanı 25 yaşlı Şahin Məmmədlinin hələlik istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

 

Faktla bağlı Qax rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar