[b]19 yaşlı məcburi köçkün özünə qəsd etdi[/b]
Bərdə rayonunda 19 yaşlı oğlan özünə bıçaqla xəsarət yetirib.
ONA-nın bölgə muxbirinin xəbərinə görə, hadisə rayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə baş verib.
Kəlbəcər rayon sakini Tağıyev Sənan Kazım oğlu özünü bıçaqla vurub. S.Kazımov yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
1023