[b]10-cu sinif şagirdi özünü asdı[/b] - Şamaxıda
15 oktyabr 2017 20:01 (UTC +04:00)

[b]10-cu sinif şagirdi özünü asdı[/b] - Şamaxıda

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib. Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

 

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar