"Azərsu"nun böyük su krantını oğurlamağa çalışdılar
23 aprel 2017 10:15 (UTC +04:00)

"Azərsu"nun böyük su krantını oğurlamağa çalışdılar

0

Bakıda oğurluğa cəhd göstərmiş 2 nəfər tutulub. Lent.az xəbər verir ki, Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları xidmət apardıqları ərazidə, Lökbatan qəsəbəsi ərazisindən keçən “Azərsu” ASC-yə məxsus Kür Su Kəmərinin böyük həcmli su krantını kəsərək oğurlamağa cəhd göstərmiş 1967-ci il təvəllüdlü Səfərov Şakir Əlixan oğlu və Neftçala rayon sakini 1983-cü il təvəllüdlü Pənahəliyev Xəqani Mirəli oğlunu yaxalayıblar. Tutularkən oların istifadə edildiyi metalkəsən aparat da götürülüb.

 

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar