"Azərişıq" ASC-dən <span style="color:red;">YENİLİK
18 may 2016 18:17 (UTC +04:00)

"Azərişıq" ASC-dən YENİLİK

0

"Azərişıq" ASC abonentlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə yeni layihəyə start verib.

 

Qurumdan Lent.az-a verilən məlumata görə, bu layihə ios və android tipli mobil istifadəçilərinin marağına səbəb olub.

Belə ki, qurumun yeni tətbiqi mobil istifadəçilərin rahat şəkildə elektrik enerjisi sərfiyyatlarını görməsinə, aylıq fakturaları izləməsinə, elektron müraciət etməyə, borcu online ödəməyə, smart sayğac istifadəçilərinin online balanslarını öyrənməyə, balansı artırmağa kömək edir.

 

Qeyd edək ki , proqram 3 dildə istifadəyə verilib. “Azərişıq” proqramını “PlayStore” və "IOS Apple Store"-dan ödənişsiz yükləmək mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar