Müğənni Həmid Sultan və rəqqasə Niqar Koksal ölümdən dönüb. Lent.az-ın məlumata görə, rəqqasə ilə müğənni “Dönəcəksən” adlı mahnılarına klip çəkdirən zaman, rəqqasənin avtomobili gözlənilmədən yanıb. Bu barədə müğənni H. Sultan bunları deyib:
“Rəqqasə Nigarın maşını ilə klip çəkilən yerə gəldik. Maşını kənarda saxlayıb işə başladıq. Bir müddət keçəndən sonra maşını saxladığımız tərəfdə tüstü gördük. Ora çatanda artıq maşın külə dönmüşdü”.
Qeyd edək ki, rəqqasə Nigar Koksal “Azərbaycanda 2 ərlə bir yerdə yaşayan rəqqasəyəm” deməsi və “Youtube” dakı +18 videoları ilə tanınır.