"AXCP üzvünün saxlanılması onun siyasi mənsubiyyəti ilə bağlı deyil" - BŞBPİ
“Qanunsuz küçə ticarəti ilə məşğul olan AXCP üzvü – Tofiq Məmmədovun polis tərəfindən saxlanılmasının onun siyasi mənsubiyyətilə əlaqəsi yoxdur”.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, T.Məmmədov əvvəllər CM-nin 177.2.1 maddəsi ilə məhkum olmaqla yanaşı, həmçinin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olduğuna görə, dəfələrlə inzibati məsuliyyətə cəlb olunub. Məlumatda vuğulanır ki, o, ictimai diqqəti üzərinə yönəltmək üçün fəaliyyətinin siyasi mənsubiyyəti ilə bağlı olduğuna dair iddialar irəli sürməklə metronun “İnşaatçılar” stansiyasının qarşısında təkbaşına aksiya keçirməyə cəhd göstərib. Buna görə də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:
“Ona ticarətlə məşğul olmasına dair müxtəlif yerlər təklif olunsa da o, bu təkliflərdən imtina edib. Yalnız əhalinin sıx olduğu, piyada gediş-gəlişinin intensiv olduğu yerlərdə qanunsuz fəaliyyətini davam etdirib. Həmin iddialar əsassızdır, həqiqəti əks etdirmir.”
739