Dəmiryol rəisinin qardaşı adam güllələyib?
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşının qəza ilə adam güllələməsi barədə xəbər yayılıb.
Musavat.com-un Tovuz rayonundakı mənbələrə istinadən verdiyi xəbərə görə, 31 iyul 2013-cü ildə, axşamçağı Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tufəngi alaraq atəş açıb. Məlumatda iddia olunur ki, o, atəş etdiyi zaman sərxoş vəziyyətdə olub. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib. Lakin xoşbəxtlikdən onun aldığı yara öldürücü olmayıb. Əli Əsgərov isə polis tərəfindən saxlanılmayıb.
Mənbəmiz bildirir ki, hadisə Tovuz rayonunun Qovlar qəsəbəsində, dəmiryol vağzalının önündə olub.
musavat.com
1461