“Zəng vurub Gülər Əhmədova ilə dalaşdım” - MÜSAHİBƏ
02 noyabr 2013 12:30 (UTC +04:00)

“Zəng vurub Gülər Əhmədova ilə dalaşdım” - MÜSAHİBƏ

Sabiq deputat Gülər Əhmədovanın son məhkəmə iclası ilginc şahid ifadələri ilə yadda qaldı. G.Əhmədova da, bəzi qadın şahidlər də Elşad Abdullayevin yaydığı videolarda vasitəçi kimi görünən Sevinc Babayeva barədə bu günə qədər bilinməyən bəzi detalları açıqladılar. “Yeni Müsavat” qəzeti həmin detallarla bağlı mərhumənin oğlu Ayxan Məmmədovdan müsahibə alıb. 

 

- Gülər Əhmədova məhkəməsində sizin, nənənizin və xalanızın onlara getdiyinizi, ondan 20 min dollar istədiyinizi dedi. Ortada belə bir pul söhbəti olubmu?

 

- O görüş barədə mən sizə çoxdan demişdim axı. Demişdim ki, mən zəng vurub Gülər Əhmədova ilə dalaşdım. Dedim ki, gəlirəm indi sizə. Sonra mənə təkrar zəng etdi ki, nolar, nənən də gəlsin də. Halbuki mən bunlara tək gedəcəkdim. Sonra da mənə mesaj gəldi Türkiyədən ki, başın sağ olsun, anan dünyasını dəyişdi. Mən də ordan çıxıb getdim. Gedib prokurorluqdan üstümdəki “stop”u götüzdürmək və Türkiyəyə getmək istədim. Nənəm də ordaydı. Ona dedim ki, siz oturun burda, hara çıxırsız indi? Prokurorluqdan çıxandan sonra nənəmə zəng elədim ki, siz çıxın ordan, daha mən ora gələsi olmadım, çünki burdan bilet alıb çıxıb gedirəm.

 

- Gülər Əhmədova da, qadın şahidlərdən olan Səadət İmranova da ifadələrində bildirdilər ki, Elşad Abdullayev Sevinc Babayevanı pulu qaytarmadığı üçün hədələyirdi. Hətta Gülər xanım E.Abdullayevin prokuror qardaşının ona bu məsələyə görə silah çəkdiyini, sabiq rektorun onu şantaj etdiyini dedi. Məlumatınız var bu təhdid olaylarından?

 

 

- Boş-boş şeylərdir. Mən elə şey eşitməmişəm. Lap belə şey olubsa da, o pul söhbəti də Gülərlikdir. Yəni, anamın Elşad  Abdullayevdən alıb Gülərə verdiyi pula görə baş verib bu qalmaqal. Günah yenə də Gülər Əhmədovadadır. Anamı da bədbəxt edən o oldu, bizim ailəni də. Görərsiz, gedəcəm məhkəməyə, bütün bunları onun özünə də deyəcəm. Az qalıb.

 

- Sizi nə vaxta çağırıblar məhkəməyə? İstintaqa ifadə vermisiz, doğrudur?

 

- Təbii. Sizə dəfələrlə müsahibədə dediklərimi istintaqa da demişəm. İndi yəqin ki, çağıracaqlar. Amma Allah haqqı, gedib hər şeyi danışacam. Nə vaxt çağıracaqlarını deyə bilmərəm.

 

- Şahid Səadət İmranova dedi ki, ananız Türkiyədə olanda ona zəng edib, amma İranda olduğunu deyib. Tavat adlı şahid isə ananızın ona Moskvada olduğunu dediyini xatırlatdı. Yəni, belə çıxdı ki, ananız İstanbulda qalanda rəfiqələri ilə də əlaqə saxlayırmış.

 

 

 

- Mən sizə bir şey deyim? O Səadət anamın harda olduğunu çox yaxşı bilirdi. Səadət özü Türkiyəyə getmişdi, amma mənim anam onunla görüşməmişdi. Mənə elə gəlir ki, bəzi şahidlər orda qorxularından çox şeyi deməyiblər. Düşünüblər ki, desələr, nəsə başları ağrıyar, problem yaranar evlərində.

 

- Amma Səadət İmranova ifadəsində sonradan Sevinc Babayevanın İstanbulda olmasından xəbərdar olduğunu dedi. Bundan başqa, ananızın vaxtilə ona “məni Gülər zəhərləyib” dediyini bildirdi. Zəhərlənmə ilə bağlı şahidlərin olması bu məsələnin taleyini dəyişirmi sizcə?

 

- Mən sizə bir şey deyim? Anamın Elşad Abdullayev əleyhinə çəkdiyi video vardı ha, ordakı qadınlardan biri də Tavat idi.

 

- Bu barədə məhkəmədə özü dedi.

 

- Onu da deyərdi ki, onları Gülər Əhmədova göndərib ora.

 

- Gülər Əhmədova zatən məhkəmədə özü dedi ki, Elşad Abdullayevin əməllərini ifşa etmək üçün ananız və digər zərərçəkənlər hüquq müdafiəçisinin ofisində video çəkməklərindən xəbərdar olub.

 

- Xeyr, söhbət təkcə xəbərdar olmaq deyil ki. Gülər Əhmədova anamgilə demişdi ki, Elşad belə bir video yayacaq bizim barəmizdə. Siz də onu qabaqlamaq üçün bir video çəkdirin. Allaha and olsun, onlar əvvəldən bilirdilər ki, bu video yayılacaq. Hətta Elşad Abdullayev əleyhinə o video çıxanda mən anamla mübahisə elədim. Dedim, bu nə məsələdi belə? Dedi ki, hamısını Gülər Əhmədova elətdirib, videonun yayılacağından xəbərim olmayıb. O Tavata da ziyan dəyib, düz deyir. Amma hamısı Gülər Əhmədovanın işləridir. Əgər o institut bağlanmasaydı, Tavat da işsiz qalmayacaqdı. İnstitutun bağlanmasının səbəbkarı da Gülər Əhmədovadır.

 

- Onun bu məsələyə nə aidiyyəti var ki?

 

- Bunu Elşad Abdullayev müsahibələrində demişdi ki, mənim universitetimi 1 saat ərzində bağladılar. Bu mandat alveri söhbəti olmasaydı, Elşad Abdullayev ora-bura yazıb, aləmə səs salmasaydı, onunla heç kim prinsipə girməzdi.

 

- Məhkəmə reportajlarını izləyirsiz? Necə təsir bağışlayır sizə proses? Obyektiv gedirmi?

 

- Keçən dəfə oxudum, Quran haqqı, hirsimdən özümə gələ bilməmişəm. Gülər Əhmədova yalandan deyir ki, guya anamla tanışlıqları belə  olub: anam ona yaxınlaşaraq bacısı, bacısının uşaqları üçün yardım istəyib. O kimdi ki, bizə kömək etsin? Mənim anam özü ona zamanında yardım edib. Mənim anam heç vaxt ona yaxınlaşıb deməz ki, mənim bacıma kömək elə. Çünki biz hər zaman imkanlı ailə olmuşuq. Rəhmətlik babam xalam qızlarına hər şey eləmişdi, onları hər şeylə təmin eləmişdi.

 

- Ananızın Gülər Əhmədovaya necə yardımı ola bilərdi ki? Gülər Əhmədova özü deputat idi axı həmin vaxt.

 

- Yox, anam onu tanıyanda o deputat deyildi. İkincisi də adam çox şeyi demək istəmir e. Çünki bu işə aidiyyəti yoxdur. Amma guya  bizə kömək etməsi ilə bağlı dedikləri başdan-ayağa yalandır. Bizim hər şeyimiz olub, anam da, babam da imkanlı idi. Niyə gedib ona  ağız açaq ki? Baxıram məhkəmədə dediklərinə. Mən onun yanına niyə gəlmişdim? Gəlmişdim ki, anamı necə göndərmisən, elə də qaytar. 

 

Mən ora dava-qırğına getmişdim. Anamın qəbrinə and olsun, nə 20 min, nə 15 min? Mənim o boyda anam getmişdi. Mən durub onunla pul söhbəti edəcəkdim? Səbirsizliklə məni məhkəməyə çağırmalarını gözləyirəm. Gözləyirəm ki, gəlim, orda çıxış edim.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1722
avatar

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10