Topaz Premyer Liqasının XII turunda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” komandası növbəti məşqini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, saatyarımlıq hazırlıq prosesində zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənib.
Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçinin əzələsində olan zədə onun məşqdə sonadək iştirakına imkan verməyib. Digər zədəlilər - Duqlas Leyte, Zoahir Benuahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran”ın növbəti məşqi oyunun keçiriləcəyi “Bakcell Arena” stadionunda olacaq.
Qeyd edək ki, “Neftçi” ilə oyun noyabrın 2-də saat 19:00-da başlanacaq.