“Xəzər Lənkəran” “Neftçi” ilə oyun hazırlıqlarına itkilərlə başladı
29 oktyabr 2013 18:16 (UTC +04:00)

“Xəzər Lənkəran” “Neftçi” ilə oyun hazırlıqlarına itkilərlə başladı

“Xəzər Lənkəran” komandası futbol üzrə Topaz Premyer Liqasının XII turunda “Neftçi” ilə Bakıda oynayacağı qarşılaşmanın hazırlıqlarına başlayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, məşqlərini Lənkəran şəhər stadionunun ehtiyat meydanında keçirən “ağ-yaşıllar” əsasən taktiki planda çalışmaları yerinə yetirir.

 

Futbolçulardan Junior Nildo zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilmir. O, fərdi qaydada xüsusi proqram əsasında məşqlərini davam etdirir. Bugünkü məşqdə daha üç futbolçu kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov “Qarabağ”la oyunda qabırğa nahiyəsindən, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli əzələ nahiyələrində olan ağrılar səbəbindən məşqi kənardan izləyib. Hər 3 futbolçunun qarşıdakı günlərdə məşqlərə qoşulacağı gözlənilir.

 

“Xəzər Lənkəran” oktyabrın 30-da səhər məşqini keçirdikdən sonra paytaxta yola düşəcək. “Ağ-yaşıllar” “Neftçi” ilə oyunadək daha 2 gün Bakıda hazırlıq keçəcəklər.

 

Qeyd edək ki, noyabrın 2-də “Bakcell Arena”da keçiriləcək matç saat 19:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar