[b]“VAZ" və “KİA” toqquşdu: 5 yaralı[/b]
13 sentyabr 2016 23:29 (UTC +04:00)

[b]“VAZ" və “KİA” toqquşdu: 5 yaralı[/b]

0

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü 1964-cü il təvəllüdlü Hamlet Musayev və “KİA”da olan, Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Mübariz Lətifoğlu, 1990-cı il təvəllüdlü Mirmahmud Əliyev, 1991-ci il təvəllüdlü İsmət Rzayev və 1991-ci il təvəllüdlü Mahir İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar