Bakıda oğurluq etdiyinə görə tutulmuş şəxsin başqa cinayəti üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elçin Rəşidovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə onun yanvarın 24-də rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqələrininin birindən videokamera, televizor, 2 noutbuk və 50 ədəd lotoreya bileti oğurlaması da müəyyən edilib.
Bundan başqa oğurluğa görə tutulmuş H.Qurbanovun şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından, A.Alıyarovaya məxsus çantadan pul oğurlaması da müəyyən edilib. Belə ki, Sumqayıt şəhər sakini T.Novruzovanın içərisində 2000 manat və sənəd olan çantasını oğurladığına görə tutulmuş Hicran Qurbanovun ətrafında Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 18-dən fevralın 20-dək olan müddətdə A.Alıyarovaya məxsus çantadan, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin mühasibat otağından pul oğurlaması da müəyyən edilib.