<b>“Nissan” maneəyə çırpıldı: ölən və yaralanan var</b> - <span style="color:red;">YENİLƏNİB
26 may 2016 23:41 (UTC +04:00)

“Nissan” maneəyə çırpıldı: ölən və yaralanan var - YENİLƏNİB

0

Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan biri keçinib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Azər Sadıqovu, həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayevin vəziyyəti orta-ağırdır.

 

Qeyd edək ki, Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

 

 

**** 20.44

 

Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

 

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar