“Moyka”nın işçiləri “Audi”dən 2 min manat oğurladı
22 dekabr 2014 11:19 (UTC +04:00)

“Moyka”nın işçiləri “Audi”dən 2 min manat oğurladı

0

Bakıda oğurluq etmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 19-da saat 12:00 radələrində, 6-cı mikrorayon S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsində Bakı şəhər sakini, Zəfər Sadıqova məxsus “Audi” markalı avtomobildən 2000 manat oğurlanıb. Binəqədi RPİ 7-ci PB, Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, avtoyuma məntəqəsinin işçiləri, Biləsuvar rayon sakinləri - 1983-cü il təvəllüdlü Riyad Babayev və 1994-cü il təvəllüdlü Nihad Nəzərli tutulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar