“Mercedes” gölə düşdü
07 aprel 2019 23:27 (UTC +04:00)

“Mercedes” gölə düşdü

0
 
Bakı - Quba  avtomobil yolunun Siyəzən rayonundan  keçən hissəsində yol qəzası baş verib.
 
ONA-nın xəbərinə görə, Bakı istiqamətinə doğru hərəkət edən “90 GN 474” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yoldan çıxaraq ərazidə olan gölə girib.
 
Hadisə nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıb.
Vətəndaşların köməyi ilə avtomobil sudan çıxarılıb.
 
Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 990

Oxşar yazılar