“Mercedes” "Shacman"la toqquşdu: sürücü xilas edildi
18 may 2016 06:39 (UTC +04:00)

“Mercedes” "Shacman"la toqquşdu: sürücü xilas edildi

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu Ələt-Astara şosesinin 146-cı kilometrliyində “Mercedes” markalı minik avtomobilinin "Shacman" markalı yük avtomobili ilə toqquşması barədə məlumat daxil olub.  Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:00-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar