“Mercedes” “Ford”la toqquşdu, yaralanan var
27 may 2017 19:05 (UTC +04:00)

“Mercedes” “Ford”la toqquşdu, yaralanan var

0

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.

 

“Mercedes” markalı minik avtomobil qarşıdan gələn “Ford” markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar