“Kamaz”la toqquşan “VAZ”ın sürücüsü öldü
16 iyul 2015 04:40 (UTC +04:00)

“Kamaz”la toqquşan “VAZ”ın sürücüsü öldü

0

Ağsuda bir nəfərin ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu ərazisində “Kamaz” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “VAZ” markalı avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat esib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar