“Hamı razılaşar ki, açılış mərasimi möhtəşəm şou idi”
13 iyun 2015 12:08 (UTC +04:00)

“Hamı razılaşar ki, açılış mərasimi möhtəşəm şou idi”

 

“Hamı razılaşar ki, “Bakı-2015” Birinci Avropa Oyunlarının dünənki açılış mərasimi böyük tədbir idi. Möhtəşəm şou idi. Əminəm ki, bütün azərbaycanlılar qürur hissi keçirdi. Sürücüm bu gün mənə dedi ki, açılış mərasiminə televizordan baxanda gözləri dolub”.

 

Bunu “Bakı-2015” Birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, hazırda Olimpiya kəndində 4200-dən çox idmançı var. 420-yə yaxın idmançı isə Mingəçevirdədir.

 

Baş direktor ilk medalların bu gün sahiblərini tapacağını bir daha xatırladıb: “Artıq dünəndən yarışlar başlayıb. Oyunlar tarixində ilk medala dağ velosipedi üzrə yarışçılar sahib olacaq. Həmçinin, karateçilər də bu gün 6 dəst medalın sahibini müəyyənləşdirəcəklər. İnanıram ki, bu növdə Azərbaycan yığması da medal qazanacaq”.

 

O, 50 ölkənin nümayəndələrinin, idmançılarının açılışda eyni yolu getməsini müsbət hal kimi qiymətləndirib. "O ki qaldı Ermənistan idmançılarına olan münasibətə, bu, gözlənilən idi. Ümid edirəm ki, azarkeşlər yarış ərzində bütün idmançılara hörmət edəcək, onların hansı ölkəni təmsil etmələrinə fərq qoymayacaqlar”, - deyə Kleq vurğulayıb.

# 39
avatar

Oxşar yazılar