BMW şadlıq evinin qarşısında qəza törətdi: ölən var
03 avqust 2013 12:36 (UTC +04:00)

BMW şadlıq evinin qarşısında qəza törətdi: ölən var

Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Əmircan qəsəbəsində, “Əfsun” şadlıq evinin yaxınlığında “BMW” markalı avtomobil ilə “VAZ 2106” toqquşub. Qəza nəticəsində hər iki avtomobili ciddi ziyan dəyib və “VAZ 2106”-nın sürücüsü hadisə yerindəcə keçinib.

 

Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində ölən şəxs 1977-ci il təvəllüdlü Qasımov Ramil Tahir oğludur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4412
avatar

Nizam Rza

Oxşar yazılar