“Azercell”dən oğurluq edən şəxs tutulub
16 yanvar 2016 13:40 (UTC +04:00)

“Azercell”dən oğurluq edən şəxs tutulub

“Azercell Telekom”a məxsus stansiyadan oğurluq edən şəxs yaxalanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin oktyabrında rayon ərazisindəki “Azercell Telekom” şirkətinə məxsus stansiyanın həyətində olan konteynerdən kondisioner oğurlamış rayon sakini Qadir Babayev tutulub.

 

Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il noyabrın 30-da da həmin stansiyanın həyətindən kondisioner oğurladığı müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Oxşar yazılar