Bakıda daha bir əxlaqsızlıq yuvası aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sabunçu qəsəbəsinin ərazisindəki “Arpaçay” kafesində əxlaqsızlıq yuvasının təşkil edildiyi məlum olub. müəyyən edilib ki, kafenin işçisi, Gürcüstan vətəndaşı İlal Məmmədovanın əxlaqsızlıq yuvası təşkil edir və qadınları fahişəliyə cəlb edir.
Araşdırmalar davam etdirilir.