Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən qarajda kişi meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ qəsəbəsində yerləşən və “Akkord” şirkətinə məxsus olan avtomobil qarajında həmin qarajda işləyən Ağdaş rayon sakini 1963-cü il təvəllüdlü Piriyev Məmmədağa Ağadadaş oğlunun meyiti tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.
İlkin məlumata görə, M.Piriyev ürək çatışmazlığından ölüb. Ölümün səbəbləri araşdırılır.