“Aeroport” yolunda hərəkət qadağan olunacaq
14 avqust 2014 19:16 (UTC +04:00)

“Aeroport” yolunda hərəkət qadağan olunacaq

0

Həftə sonu Aeroport şosesində hərəkət məhdudlaşdırılacaq. Lent.az-ın xəbərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov anspress-ə bildirib ki, avqustun 16-17-də paytaxtın Aeroport şosesində Sabunçu istiqamətində gedən körpünün, həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında yeni informasiya lövhəsinin quraşdırılması ilə əlaqədar saat 14.00-dan sonra, günün ikinci yarısından quraşdırma işləri başa çatanadək həmin yolda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, həmin ərazidə sıxlığın, tıxacların yaranmaması üçün alternativ Aeroport-Hövsan beton yolundan istifadə etsinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3628

Oxşar yazılar