“Mercedes” yolayrıcı səddə çırpılıb, sürücü ölüb - <span style="color:red;">YENİLƏNİB
12 mart 2014 10:10 (UTC +04:00)

“Mercedes” yolayrıcı səddə çırpılıb, sürücü ölüb - YENİLƏNİB

akıda sürücünün ölümü ilə nəticələn yol qəzası baş verib.

 

APA-nın xəbərinə görə, hadisə Bakı dairəvi yolunun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb.  52 yaşlı Cəfərov İlqar Rəhim oğlu "Mercedes Benz" markalı avtomobili ilə hərəkətdə olarkən qəfil idarəetməni itirib.  Nəticədə, o maşını yol ayrıcındakı metal arakəsmələrə çırpıb. Zərbə o qədər güclü olub ki, sürücü avtomobilin içərisində sıxılmış vəziyyətdə qalıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib. Nazirliyin əməkdaşları  xüsusi alət və avadanlıqların köməyi ilə sürücü İlqar Cəfərovun meyitini maşından çıxararaq aidiyyatı üzrə təhvil veriblər. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

 

Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367
avatar

Oxşar yazılar