“AMAY” rəhbərinin həbs müddəti uzadıldı
08 sentyabr 2014 13:19 (UTC +04:00)

“AMAY” rəhbərinin həbs müddəti uzadıldı

 “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə APA-ya məlumat verən A. Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəyini söyləyib.

 

Qeyd edək ki, A. Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1661
avatar

Oxşar yazılar