APA-nın məlumatına görə, hadisə Ağstafa rayonu, Dağ Kəsəmənli kəndinə qeydə alınıb. Kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub.
Daxil olan məlumat əsasında polis araşdırmalar başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.
Ağstafa rayon Polis Şöbəsinin müstəntiqi Amil Tağıyev APA-ya açıqlamasında R. Korovun Rusiyaya keçmək istəyərkən sərhəddə tutulduğunu bildirib: “Biz zərərçəkən tərəfin ifadəsini almışıq. Hadisədə adı hallanan Rüstəm Korov isə Azərbaycanda qaçmaq istəyərkən tutulub və yaxın saatlarda polis şöbəsinə gətiriləcək. Onun da ifadəsi alındıqdan və üzləşmə keçirildikdən sonra hadisəyə hüquqi qiymət veriləcək”.