"200 saylı" ilə bağlı cinayət işi başlanılıb
12 sentyabr 2014 16:33 (UTC +04:00)

"200 saylı" ilə bağlı cinayət işi başlanılıb

Baş Prokurorluq dələduzluq faktı ilə bağlı məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “200 saylı” Mənzil-tikinti kooperativinin (MTK) sədrinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı MTK-nın sədrinin  vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Yasamal rayonu ərazisində inşa edilmiş yaşayış binasında əvvəl satılmış mənzili təkrarən başqa şəxsə satmaqla 31.000 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481
avatar

Oxşar yazılar