Ölkə ərazində dünən baş verən qəzalarda iki nəfər dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 22-də saat 15 radələrində Lənkəran rayonun Gəgiran kəndində, kənd sakini Zahir Əliyev idarə etdiyi “QAZ-66” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Mustafa Axundov hadisə yerində ölüb, digər sərnişini Qurban Əhmədzadə xəstəxanaya yerləşdirilib.
Bənzər hadisə Qəbələ rayonunun Dızaxlı kəndində baş verib. Rayon sakini Samir Şirinov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Dəyanət Şirinov hadisə yerində ölüb.