Bakı Dairəvi yolunda təmir işləri davam etdirilir. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı şəhərində nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulan işlər çərçivəsində Bakı Dairəvi avtomobil yolunun təmiri tərtib olunmuş qrafik üzrə həyata keçirilir. Yolun frezlənmiş 5,2 km hissəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb.
Artıq 450 m məsafədə işlər başa çatdırılıb, digər sahədə isə hazırda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.