Qubada qəza: 3 nəfər xəsarət aldı - YENİLƏNİB
21 oktyabr 2013 10:21 (UTC +04:00)

Qubada qəza: 3 nəfər xəsarət aldı - YENİLƏNİB

Oktyabrın 20-də axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Qonaqkənd yolunun, Püstəqasım kəndi ərazisindən keçən hissəsində qedyə alınıb.

 

Xaçmaz rayon sakini, Seyfəddin İmamquliyevin idarə etdiyi 27 BJ 331 dövlət nömrə nişanlı “Daewoo nexia” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Quba rayonu, Alekseyevka kənd sakini Məmməd Həsənovun idarə etdiyi 40 BD 733 qeydiyyatlı “Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində “Daewoo nexia”  olan sərnişinlər sürücünün anası, 1965-ci il təvəllüdlü Məryəm İmamquliyeva, qızı 1997-ci il təvəllüdlü Aysel İmamquliyeva  və “Niva”nın sürücüsü xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1334
avatar

Oxşar yazılar