8 yaşlı oğlanı maşın vurdu - Ağstafada
06 iyul 2016 22:48 (UTC +04:00)

8 yaşlı oğlanı maşın vurdu - Ağstafada

Ağstafada piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb. Kənd sakini 2008-ci il təvəllüdlü Ayaz Araz oğlu Həsənzadə yolu keçmək istəyərkən “VAZ2107” markalı avtomobil tərəfindən vurulub. A. Həsənzadə dərhal Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar