Martın 8-də Kürdəmirdə 22 yaşlı qadın özünə ağır bədən xəsarətləri yetirərək intihara cəhd edib. Lent.az-ın məlumatına görə, Ərəbxana kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Tağıyeva (ad və soyad şərtidir) damarlarını kəsərək həyatına qəsd edib. 22 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.
Bildirilir ki, A.Tağıyeva həyat yoldaşı ilə mübahisə etdikdən sonra bu addımı atıb. Ailənin ağır maddi şərtlər altında yaşadığı qeyd edilir.
Daha bir intihara cəhd Sabunçu rayonunda baş verib. 20 yaşlı Sənubər Quluzadə (ad və soyad şərtidir) çoxlu dərman həbləri qəbul edərək özünü zəhərləyib. O, huşsuz halda xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Bildirilir ki, S.Quluzadə sevgilisi ilə mübahisədən sonra bu addımı atıb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.