85 yaşlı kişini yerə yıxdılar <span style="color:red;">- QULDURLUQ
20 fevral 2017 11:51 (UTC +04:00)

85 yaşlı kişini yerə yıxdılar - QULDURLUQ

Ağdamda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən 2 naməlum şəxs ev sahibini yerə yıxaraq əlləri ilə boğazından tutub, lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər.

 

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakinləri, əvvəllər məhkum olunmuş Ayxan Əliyev və Ülvi Əhmədov tutulublar.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 68
avatar

Oxşar yazılar