8-ci mərtəbədəki evə balkondan girdi, çoxlu qızıl apardı
10 aprel 2015 18:32 (UTC +04:00)

8-ci mərtəbədəki evə balkondan girdi, çoxlu qızıl apardı

 

Nərimanov rayonunda mənzil qarət olunub. APA TV-nin məlumatına görə, hadisə Sabit Rəhman küçəsi, ev 45, mənzil 73 ünvanında qeydə alınıb. Hadisə barədə polisə məlumatı mənzil sahibi Xanməmmədova Ruqanna Savadxanovna məlumat verib. O, mənzilindən özünə məxsus qızıl zinət əşyaların oğurlandığı  bildirib.  Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Səfərov Elgün Rafiq oğlu həbs edilib. 


 
Elgün Səfərov evə balkondan girdiyini deyib: “Balkondan keçdim, yaxınlaşdım güzgünün yanına. Orada bir üzük vardı, bir sırğa, bir də planşet. Götürüm getdim”. 


 
Saxlanılan şəxsin sözlərinə görə, 16 mərtəbəli binanın 8-ci mərtəbəsinə  ümumi sahədəki dəhlizdən keçib. Oğurluğu imkansızlıqdan etdiyini bildirsə də istintaq hesab edir ki, Səfərov hadisənin törədərkən tək olmayıb.

 
 
Baş müstəntiq Zahir İsmayılov evdən 13 min manatlıq qızıl-zinət əşyalarının oğurlandığını deyir: “Saxlanan şəxs eyvandan keçib qapını sındırmaqla zərərçəkən Ruqanna  Savadxanovnanın mənzilindən 13.290 manatlıq qızıl-zinət əşyası oğurlayıb”. 


 
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Oxşar yazılar