8-ci kilometr bazarının qarşısında <span style="color:red;">HƏYƏCANLI ANLAR  - <span style="color:red;">YENİLƏNİB
04 mart 2015 13:59 (UTC +04:00)

8-ci kilometr bazarının qarşısında HƏYƏCANLI ANLAR - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Nizami rayonu ərazisində intihara cəhd edən şəxslə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatın görə, “112” qaynar telefon xəttinə 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əlavə məlumat veriləcək.

 

******

 

13:59

 

Bu gün Bakının Nizami rayonu ərazisində, Qara Qarayev prospektində ticarət mərkəzinin damına çıxaraq intihar edəcəyini deyən şəxs özünə xəsarət yetirib. Hadisə şahidləri Lent.az-a bildirib ki, aparılan psixoloji söhbətlərə baxmayaraq 25-30 yaşlı həmin şəxs özünə kəsici alətlər bir neçə xəsarət yetirib.

 

Daha sonra həmin şəxsi binanın damından endirmək mümkün olub. Onun şəxsiyyəti müəyyənləşdirilib. Bəlli olub ki, bu 1981-ci il təvəllüdlü Abbasov Kənan Fazil oğludur. 

 

*****

 

13:31

 

Bakının Nizami rayonu ərazisində bir nəfər binanın sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir. Lent.az-ın məlumatına görə, 8-ci kilometr bazarının yaxınlığında 25-30 yaşlı kişi ticarət mərkəzinin sonuncu mərtəbəsinə çıxaraq özünü atmaq istəyir.

 

Hadisə şahidləri bildiriblər ki, əraziyə xeyli insan və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Xilasedicilər həmin şəxsi fikrindən daşındırmağa çalışır.

 

Bildirilir ki, intihar etmək istəyən şəxs ilkin olaraq deyib ki, qardaşı həbsxanadadır və həyatdan bezib.

 

Fotolar bizimyol.info saytından götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 71
avatar

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28