77 yaşlı kişinin evində cəbbəxana aşkarlandı
06 aprel 2015 13:35 (UTC +04:00)

77 yaşlı kişinin evində cəbbəxana aşkarlandı

 

Daxili İşlər Nazirliyi evindən xeyli silah-sursat aşkar edilmiş şəxsin görüntülərini yayıb. APA TV-nin məlumatına görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini, 77 yaşlı Qurbanəli Babayevin  evindən 1 ədəd nömrəsi silinmiş "Naqan" markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169

Oxşar yazılar