Azərbaycanda şair faciəvi şəkildə ölüb - <span style="color:red;">YENİLƏNİB
19 dekabr 2014 12:14 (UTC +04:00)

Azərbaycanda şair faciəvi şəkildə ölüb - YENİLƏNİB

0

Qax rayonunda itkin düşən və bir neçə gün sonra bədbəxt hadisə nəticəsində öldüyü məlum olan 76 yaşlı kişi ilə bağlı maraqlı məlumatlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Səməndər Quliyev dekabrın 14-də əzgil yığmaq üçün meşəyə gedib. Lakin o, axşam evə qayıtmayıb və bunu görən yaxınları polisə müraciət edib, həmçinin kənd ətrafında axtarışlar başlayıb. Axtarışlara kənd camaatı da qoşulub və dünən 76 yaşlı kişinin meyiti meşədə çay kənarında – "bənd" adlanan ərazidə tapılıb.

 

Məlum olub ki, S.Quliyev hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Qeyd edək ki, dünyasını dəyişən şəxs şairdir və onun bir neçə şeir kitabı Səməndər imzası ilə çap edilib. 

 
 
 
 
 
*****
 
 
18 dekabr 15:20
 
 
Qaxda 3 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

 

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Hacı oğlu Quliyevin meyiti çay kənarında tapılıb. Onun yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir.

 

Qeyd edək ki, Səməndər Quliyev dekabrın 15-də saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik ərazidə meyvə yığmaq adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

Onun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar